Sual #29

Şirin Hacıyev
Sual: Salam. Canon 7D-nin ümumilikdə neçə şəkil çəkdiyini (sayğac) haradan öyrənə bilərəm? Əvvəlcədən təşəkkürlər
Cavab: Kameranın çəkdiyi şəkillərin ümumi sayını öyrənmək üçün universal olan bir proqram yoxdur. Hətta eyni istehsalçının müxtəlif modellərində bu məlumatı əldə etmək yolu fərqlidir. 

Canon kameralarının əksəriyyəti üçün EOS Info proqramı vasitəsilə şatterinin neçə dəfə basıldığını müəyyən etmək mümkündür. Bu barədə daha ətraflı Sual #4-də oxuya bilərsiniz.


No comments:

Şərh yaz