Sual #30

Kamran Kərimov
Sual: Salam Rüfət müəllim. Mən bilmədən karti format etmişəm və yenidən həmin şəkilləri geriyə qaytarmişam. Amma indi bir problem varki, jpg şəkillərin heç birində problem yoxdur, lakin raw faylları Lihtrooma atıram "error" göstərir. Nə edə bilərəm?
Cavab: Problemi həll etmək üçün bəzi şeyləri dəqiqləşdirmək lazımdır. Kartın bərpası hansı proqramla edilib? Silinən faylları (şəkilləri) qaytarmaq üçün bir sıra proqramlar var, amma onların hamısı eyni keyfiyyətlə işləmir. Mənim istifadə etdiyim və razı qaldığım Card Recovery proqramını tövsiyyə edə bilərəm.
Proqram bərpa edilmiş fayllara hansı sonluğu əlavə edib? Məsələn Sandisk RescuePro proqramı bərpa edilmiş faylların sonluğunu CR2 deyil, TIF kimi yazır. Əgər faylların sonluğu CR2 deyilsə (canonda), onları dəyişib CR2 kimi qeyd etmək lazımdır. Bu, problemi həll edə bilər.

Əgər yuxarıda yazılanlar fayda verməsə, bərpa edilmiş faylları Lightroomda yox, RAW faylları açmaq üçün hər hansı bir başqa proqram, məsələn MyFinePix Studio və ya Adobe DNG Converter vasitəsilə açmağa cəhd edin. O proqramlar vasitəsilə də fayllar açılmasa, deməli bərpa zamanı RAW fayllar zədələnib və onları açmaq təəssüf ki, mümkün olmayacaq.


No comments:

Şərh yaz