Sual #38

Sevinc
Sual: Kartı hər dəfə kompyuterə taxdıqda Lightroom avtomatik açılır və şəkilləri import etməyi təklif edir. Bunun qarşısını almaq olar?
Cavab: Əlbətdə olar. Lightroom proqramı istifadəçi üçün nəzarət və idarə olunma cəhətdən ən münasib proqramlardan biridir. Yəni proqramın hansı məqamda necə hərəkət etməsini istifadəçi özü tənzimləyə bilir. Lightroomun kartı "görən" kimi avtomatik açılmasının qarşını almaq üçün: 

Windows əməliyyat sistemindən istifadə edirsinizsə, onda Edit > Preferences > General-a keçib "İmport options" başlığı altında "Show Import Dialog When A Memory Card Is Detected" qarşısındakı "quş" işərəsini götürmək kifayət edir. 

Mac OS sistemi üçün bu, eyni qaydada lakin, Lightroom > Preferences > General menyusundan edilir.




No comments:

Şərh yaz