Sual #19

Ömürtay Şükürlü
Sual: Sualım belədir ki, flaşllarda "ETTL" rejimin "Manual" rejmdən əsas fərqi nədir? "Manual" rejimdə çəkmək üçün nəyə diqqət edim?
Cavab: Flaşların əsasən 3 iş rejimi var: Avtomatik (ETTL, TTL, i-TTL və s.), Manual (parametrlər əl ilə seçilir) və Multi (ardıcıl/seriya). Əksər yuxarı sinif flaşlarda bu rejimlərin hər üçü mövcuddur. Lakin, elə flaşlar da var ki, onlar yalnız "Manual" rejimdə işləyir, amma bu onların heç də "zəif" olması demək deyil. Bütün rejimlərin nə üçün lazım olduğuna baxaq.

Manual rejim - adından məlum olduğu kimi bütün parametrlərin əl ilə seçilməsini tələb edir. Əsas seçimlər işığın gücü və zum (zoom), yəni işığın şüasının düşmə bucağdır. Əsas parametr işığın gücüdür. Şəkildən göründüyü kimi işığın gücü 1/2, yəni tam gücün yarısı qədər təyin edilib. Bu rəqəmi 1/1 qoysaq, o deməkdir ki, flaş tam gücünü, 1/4 olsa, tam gücünün dörddə bir hissəsini, 1/8 olsa, tam gücünün səkkizdə bir hissəsini və s. istifadə edir. İşığın gücünü göstərən şkala modeldən asılı olaraq fərqli ola bilər, amma bütün flaşlar üçün gücün dəyişmə üsulu eynidir.

İkinci parametr zumdur. Obyektivlərdə olduğu kimi flaşda da zum nə qədər yüksək olsa, işığın düşmə bucağı bir o qədər dar olacaq və əksinə.


ETTL rejimi flaşın parametrlərinin avtomatik təyin edilməsidir. Bu rejim müxtəlif marka flaşlarda fərqli adlandırılmasına baxmayaraq (Canon ETTL, Nikon – i-TTL) funksiya etibarı ilə eynidir. TTL (Through The Lens) ingiliscədən "obyektivin içindən" kimi tərcümə edilir və o deməkdir ki, flaşın gücü obyektdən düşən işığa uyğün olaraq avtomatik tənzimlənir. 


Əksər hallarda ETTL rejimi qarşıya qoyulan məqsədə nail olmaq üçün kifayət edir, lakin nəzərə almaq lazımdır ki, bu rejimdə çəkilişin bütün incəliklərinə nəzarət etmək imkanı bir qədər məhdüddur. Belə ki, flaş başlığını yuxarı və ya yana çevirdikdə, işığın haradan əks olunmasını təyin edə bilmədiyi üçün ETTL rejimi flaşın gücünü təxmini dəyişir. Buna görə əgər flaşı birbaşa deyil, yana və ya yuxarı çevirdikdə flaşın güçünü tənzimləmək üçün "manual" rejimdən istifadə etmək tövsiyyə olunur.   

Multi rejim demək olar ki, manual rejim ilə eynidir. Yeganə fərq flaşın gücü və zumdan başqa daha iki parametrin əlavə edilməsidir. Bunlar impulsun (işığın saçmasının) sayı və tezliyidir. Bu rejimdə sürgü (shutter) açılıb bağlanana qədər flaş ardıcıl olaraq bir neçə dəfə impuls verir. 

Stroboscopic Dancer
Stroboscopic Dancer by Jace Artichoker

Gündəlik iş üçün bu rejim o qədər də yararlı olmasa da eksperiment etmək istəyənlər bu rejim vasitəsilə maraqlı nəticə əldə edə bilərlər. 


No comments:

Şərh yaz