Sual #16

Səməd Sultan
Sual: EOS 35mm f/1.4 L, EOS 24-70 mm f/2.8 L II, EOS 85 mm f/1.2 L II və EOS 70-200 mm f/2.8 L II obyektivlərində hansı diafraqmada optimal kəskinlik əldə edə bilirik? 
Cavab: Hər bir obyektivin hansı diafraqmada optimal kəskinliyə məxsus olması təcrübə yolu ilə müəyyən edilir. Optimal kəskinlik istehsalçı tərəfindən ayrıca olaraq qeyd edilməsə də, bir çox obyektiv icmalçıları bu barədə öz rəy və icmallarında ətraflı yazmağa çalışır. 

Canon EOS 35mm f/1.4 L ən kəskin obyektivlərdən biridir. Hətta f/1.4 də belə bu obyektivin kəskinliyi nəzərə çarpacaq dərəcədə yüksəkdir. Açıq diafraqmada kadrın kənarlarında yüngül yayğınlıq müşahidə olunsa da, f/5.6-da kardın bütün səthi boyu (həm mərkəzi, həm də kənarları) kəskinlik eynidir. Bağlı diafraqmada diffraksiya (diffraction) səbəbindən kəskinliyin azalması f/11-də baş verir.

EOS 24-70 mm f/2.8 L II Canon obyektivləri arasında kəskinliyinə körə ən yüksək pillələrdən birini tutur. Kardın bütün səthi f/2.8-də belə tam kəskindir. Pikselləri bir-bir incələyənlər üçün deyə bilərəm ki, kadrın bütün səthi boyu ideal kəskinlik f/4-dədir. Amma əvvəlki obyektivdə olduğu kimi 24-70 mm f/2.8 L II obyektivində də diffraksiya səbəbindən (bağlı diafraqmada) kəskinliyin azalması f/11-də müşahidə edilir.

EOS 85 mm f/1.2 L II obyektivi kəskinlik mövzusunda çox həssasdır. Buna səbəb f/1.2-də kəskinlik dərinliyinin demək olar ki, olmamasıdır. Tam açıq diafraqmada kəskinlik dərinliyi demək olar ki, hiss olunmur, bu da öz növbəsində yanlış olaraq kəskinliyin olmaması kimi qəbul edilə bilər. Ona görə bu obyektivlə tam açıq diafraqmada işlədikdə fokusun harada olmasına ciddi diqqət yetirmək lazımdır.  

EOS 70-200 mm f/2.8 L II obyektivi Canonun zum obyektivləri arasında demək olar ki ən kəskinidir. Bütün səth üzrə optimal kəskinlik f/8-də olmasına baxmayaraq, f/2.8-də də kəskinlik kadrın mərkəzi ilə kənarları arasında az fərqlənir. Bu obyektivdə də digərlərində olduğu kimi bağlı diafraqmada diffraksiya səbəbindən kəskinliyin azalması f/11-dən başlayır. 


No comments:

Şərh yaz