Sual #75

Elmar Memmedov
Sual: Mən 3 şeyi öyrənmək istəyirəm. 1-ci: ONE SHOT, AI FOCUS və AI SERVOdan hansndan istifadə etmək daha yaxşıdır? 2-ci: AF mode bolməsində "evaluative metering", "partial metering", "spot metering", "center weighted", "average"dən hansını seçim? 3-cü: "AF point selection" bolməsində fokus nöqtəsindən hanısı seçim? Əvvəlcədən təşəkkürlər.
Cavab: Suallara və sayta olan marağınıza görə minnətdaram. Əslində saytda "bir dəfəyə bir sual" prinsipi olmasına baxmayaraq sizin hər üç sualınızı birdəfəyə cavablandıracağam. Buna səbəb isə verdiyiniz 3 sualdan 2-nin bundan əvvəl artıq cavablandırılmasıdır. Ona görə həm sizdən, həm də digər oxucularımızdan sual göndərmədən əvvəl saytdakı "axtarış" sistemində göndərəcəyiniz sualın və ya ona oxşar mövzunun olub-olmamasını yoxlamağınızı xahiş edirəm. 

1-ci sualla əlaqədar demək istəyirəm ki, saydığınız ONE SHOT, AI FOCUS və AI SERVO rejimləri kameranın avtofokus rejimləridir və hər biri çəkiliş şəraiti və şərtindən asılı olaraq fərqli məqsədlər üçün nəzərdə tutulub. Bu rejimlərin adları Nikon kameralarında bir az fərqli olmasına baxmayaraq mahiyyət etibarı ilə eynidir. 

ONE SHOT rejimi sabit duran və ya az hərəkət edən obyektləri çəkmək üçün istifadə olunur. Bu demək olar ki ən çox istifadə olunan rejimdir. 

AI FOCUS rejimi fokus zamanı sabit olan lakin sonradan hərəkətə başlayan obyektləri çəkmək üçün istifadə olunur. Şatter düyməsini yarıyacan basdıqdan sonra çəkiliş obyekti ilə kamera arasında məsafə dəyişərsə, onda fokus da ona uyğun avtomatik dəyişəcək. 

AI SERVO - daima hərəkətdə olan obyetləri fokusda saxlamaq üçün istifadə edilir. Misal olaraq hərəkətdə olan avtomobil, qaçan insan və s. göstərmək olar. 

2-ci və 3-cü suallarınıza cavabları aşağıdakı mövzulardan oxuya bilərsiniz:


No comments:

Şərh yaz