Sual #41

Orxan Quliyev
Sual: Salam. Kamerada olan ekspozisiyanın ölçülmə rejimləri arasında fərq nədir?
Cavab: Ekspozisiyanın kamerada ölçülməsi - kameranın içindəki elektron eksponometr vasitəsilə kadrın parlaqlığı və kontrastı əsasında (obyektivə düşən işıq) müvafiq ekspozisiyanın, yəni diafraqma (aperture), sürgü surəti (shutter speed) və İSO-nun təyin edilməsidir.

Rəqəmsal kameralarda bunu bir neçə metodla həyata keçirmək olur. Bu metodlar ümumilikdə ekspozisiyanın ölçülmə rejimləri adlanır və fotoqrafa özünə uyğun rejimi seçmək imkanı verir. Ekspozisiyanın ölçülməsinin əsas rejimləri aşağıdakı piktoqramda göstərilib. Bu rejimlər müxtəlif kamera istehsalçılarında (Canon, Nikon və s.) bir az fərqli olmasına baxmayaraq, hamısının işləmə prinsipi demək olar ki, eynidir. 


  1. Mərkəzə yönəlmiş ortaq ölçmə (Center-weighted average metering) rejimi üstünlüyü mərkəzə vermək şərtilə kadrın bütün sahəsi üzrə düşən işığın orta göstəricisini ölçür.
     
  2. Nöqtəli ölçmə (Spot metering) yalnız mərkəzi fokus nöqtəsinə düşən işığın gücünü ölçür və kadrın ümumi sahəsinin 2-4%-ni əhatə edir. 
  3. Qismən ölçmə (Partial metering) rejimi kadrın mərkəzi hissəsinə düşən işığın intensivliyini ölçür və əsasən ümumi sahənin təqribən 8-13%-ni əhatə edir. 
  4. Qiymətləndirilmiş ölçmə (Evaluative metering) bir çox rəqəmsal kameralarda standart metod kimi istifadə edilir. Bu rejim 1-ci rejim ilə (Mərkəzə yönəlmiş ortaq ölçmə) demək olar ki eynidir, lakin əsas fərq ondan ibarətdir ki, ölçmə zamanı üstünlük mərkəzə deyil, seçilmiş hər hansı bir fokus nöqtəsinə verilir.
Rejimləri dəyişmək yolu kamera markalarından asılı olaraq fərqlidir. Canon kameralarında üzərində "çərçivəyə alınmış göz" işrəsinə basıb çarxı firladmaqla rejimləri dəyişə bilərsiniz. Hər bir kameranın istifadəçi təlimatları kitabçasında rejimləri dəyişmək haqqında ətraflı məlumat var. 





No comments:

Şərh yaz