Sual #48

Ceyhun Ali
Sual: Salam. Sigma yoxsa Tamron 24-70, hansı daha məsləhətlidir?
Cavab: Suala cavab verməzdən əvvəl bütün oxuculardan suallarda avadanlığın adlarını dəqiq yazmalarını xahiş etmək istəyirəm. Yuxarıda yazılandan belə başa düşdüm ki, Ceyhunun sualı Sigma 24-70 2.8 HSM ilə Tamron 24-70 2.8 VC arasındakı fərq ilə əlaqədardır.

Tamron obyektivi haqqında Sual #14 və Sual #36 - da ətraflı məlumat yazılıb. Sigma ilə Tamron arasındakı fərqə gəldikdə isə deyə bilərəm ki, bu iki obyektiv arasında o qədər də böyük fərq yoxdur. Müqayisədə Sigma 24-70 2.8 HSM bir az daha kəskindir, amma bu yalnız HSM versiyaya aiddir. 


Tamronda kadrın kənarlarına doğrü yayğınlıq Sigmadan daha çoxdur. Tamronun üstünlüyü isə onda vibrasiya kompensasiyası funksiyasının (VC- Vibration Compensation) olmasıdır. Rəng və kontrast baxımından hər iki obyektiv demək olar ki eynidir. Amma istənilən halda hər bir obyektivi yoxlayıb almaq daha məsləhətlidir.


No comments:

Şərh yaz