Sual #49

Rufet 
Sual: Salam. Məndə Nikon d90-dır. Çəkdiyim şəkillər rəngli çıxmır, o nədəndi? Yaşilliqda çəkirsən şəkildə solğunluq var.
Cavab: Kameranın menyusuna baxmadan problemin səbəbini demək mümkün deyil. Ola bilsin ki, kameranın menyusunda nəyisə bilmədən dəyişmisiniz. Məsləhət görərdim ki, menyunu sıfırlayıb nəticəyə baxasız. Ola bisin ki, sıfırlandıqdan sonra hər şey qaydasına düşdü. 

Nikon D90-ın münyusunu sıfırlamaq üçün şəkildə göstərilmiş düymələri eyni vaxtda təqribən 2-3 saniyəlik basıb saxlamaq lazımdır. 2 saniyədən sonra menyu yanıb-sönməyə başladıqda düymələri yenə də eyni vaxtda basıb buraxan kimi kameranın menyusu sıfırlanacaq. 


Bundan sonra menyuda fotonun (faylın) ölçü və keyfiyyət parametrlərini yenidən özünüzə uyğun seçə bilərsiniz. 



No comments:

Şərh yaz