Sual #36

Emin Hüseynov
Sual: Salam. Sizdən bir şey soruşmaq istərdim. Tamron 24-70mm almışam. O fokusu düz verir? Fikrinizi oyrənmək istəyirəm.
Cavab: Tamron SP 24-70mm F/2.8 obyektivi haqda istifadəçilərin ümumi rəyi müsbətdir. Əsas mənfi cəhətlərindən aftofokusun bir az ləng işləməsi və xromatik aberrasiyaların çox olmasıdır. Yeni ovyektivin alınması hər zaman müəyyən çətinlikliklərlə bağlıdır. Çünki, eyni istehsalçının 2 eyni markalı obyektivi öz xüsusiyyətlərinə görə biri-birindən fərqlənə bilər. Bu səbəbdən də hər hansı obyektivi almazdan əvvəl onu mütləq yoxlamaq lazımdır. 

Birinci növbədə obyektivin zahiri görünüşünə baxın. Klemmalarda cızıqların olub-olmamasını, plastik və metal hissələrdə əzik və batıqları, eləcə də təmirdə olmasına işarə verən şuruplarda və onların ətraflarında cızıq və batıqların olmasını yoxlamaq lazımdır. Obyektivi işığa tutub linzaların içində toz və digər zərrəciklərin olmamasına əmin olun. Bayırdakı linzanın içində az miqdarda tozun olması o qədər də qorxulu deyil, amma toz və zərrəciklər içəri linzadadırsa (kameranın sensoruna yaxın), bu halda problem yarada bilər. Bundan əlavə halqaların asanlıqla və ilişmədən, rahat fırlanmasına fikir verin. Əgər hər şey normaldırsa, onda testin ikinci mərhələsinə keçmək olar. 

İkinci mərhələdə obyektivin optik ve mexaniki xüsusiyyətlərini yoxlamaq lazımdır. Bura fokusun düzgün olub olmaması da aiddir. Obyektivi kameraya taxıb avtofokus və manual fokus rejimlərində cəkib yoxlayın. Bundan əlavə obyektivdə bək-fokus (back fokus) və ya front-fokusun (front focus) olub-olmamasını yoxlamaq vacibdir. Bək-fokus (back fokus) o deməkdir ki, fokus zamanı obyektiv fokus nöqtəsinə tuşlandıqda, fokus tuşladığınız nöqtənin üzərinə deyil, ondan bir az arxaya düşür. Front-fokusda isə hər şey tam əksinə baş verir, yəni  fokus tuşladığınız nöqtənin üzərinə deyil, ondan bir az əvvələ düşür. Obyektivdə belə halın olması qüsur sayılır və fokus dəqiq işləməməsi səbəbindən baş verir. Fokusun dəqiqliyini yoxlamaq üçün sadə şkaladan istifadə edə bilərsiniz. Şkalanı buradan endirmək olar.  


Bu şkalanı çap edib düz və sərt kartonun üzərinə yapışdırmaqla yuxarıda qeyd etdiyim qüsurların olub olmamasını evdə özünüz yoxlayın. Hədəfi stolun üstündə yerləşdirib açıq və bağlı diafraqmalarda bir neçə kadr çəkib nəticəni müqayisə etməklə fokusun hansı diafraqmada daha kəskin olmasını, obyektivdə bək və ya front fokusun olmasını bilmək olar. Kameranın titrəməməsi üçün tripoddan istifadə etməyiniz məsləhətdir.   


No comments:

Şərh yaz