Sual #28

Muhammad
Sual: Salam. Dəyərli məsləhətinizə ehtiyac var. Deməli, studiya işiq avadanlığı komplekti almaq istəyirəm, hansıki, xırda formaların çəkilişindən tutmuş böyük mebel dəstlərinin, avtomobilin çəkilişinə kimi onun vasitəsilə həyata keçirə bilim. Dünya brendlərindən movcud olanlardan orta qiymətlisi və keyfiyyəti aşağı olmayan nə məsləhət görə bilərsiniz? Həmin dəstdə olması vacib olan hissələr hansılardır? Əvvəlcədən təşəkkürlər...

Cavab: Qiymət və keyfiyyət bir-biri ilə sıx bağlı olduğundan istənilən avadanlığı seçərkən "qiymət nədirsə, keyfiyyət də odur" prinsipi əsas tutulur. Studiya işıqlarını qiymət və keyfiyyət prinsipinə görə əsasən 3 qrupa bölmək olar. 

Birinci qrupda baha və yüksək keyfiyyətli işıqlar aidır. Bunlarda əsasən Bowens, Hensel, Profoto, Broncolor və s. göstərmək olar. Bu qrupdakı işıqların bir monoblokunun qiyməti minimum 2000 ABŞ dollarından başlayır. 

Lastolite, ElinchromAlienBees və eyni istehsalçının yeni modeli olan Einstein qiymətə görə orta sinfə aiddir. Bu işıqların bir başlıq üçün qiyməti təqribən 600-800 ABŞ dollarından başlayır.  

Üçüncü sinfə isə Cin istehsalı olan, lakin avropa və amerika bazarı üçün nəzərdə tutulan Interfit, Cowboy Studio, Falcon Eyes, Godox kimi markaları göstərmək olar. Bu işıqlar keyfiyyət baxımından əvvəlki qruplardan bir qədər geri qalsalar da gündəlik iş görmək üçün tam əlverişlidirlər. Qiymətlər 150-200 dollardan başlayır. 

Qarşıya qoyulmuş məqsəddən asılı olaraq sizə, hər birinin gücü 300-900 coul arası dəyişən 3-4 ədəd başlıq lazım ola bilər. Onu da nəzərə alın ki, yazdığım qiymətlər yalnız tək başlığın qiymətidir və bura işıq dayaqlarının, modifikatorların qiymətləri, eləcə də daşınma və gömrük xərcləri daxil deyil.

Əslinə qalsa, Çin istehsalı olan işıqlardan ibarət daha bir sinif var ki, onlar haqda nə düşünməyə, nə də yazmağa dəyməz. Bu "no name", başqa sözlə desək, markası məlum olmayan ucuz işıq başlıqlarıdır. İstənilən halda almazdan əvvəl tanımadığınız markalar haqda ətraflı araşdırma aparmaq daha yaxşı olar.

Dəstdə əlavə hissələrə qaldıqda isə, deyə bilərəm ki, hər bir başlıq üçün dayaq (light stand), bir və ya iki ədəd softboks (softbox), bir ədəd oktaboks (octabox), bir neçə reflektor (reflector), snut (snoot), qrid (grid), çətir (umbrella) və başlıqlar ilə kamera arasında əlaqə yaratmaq üçün radio sinxronizatorlar və ya triqqer (trigger) lazım olacaq.



No comments:

Şərh yaz