Sual #27

Orxan Mehmanov
Sual: Mən Magic Lantern proqramı haqda məlumat verməniyinizi rica edirəm. Bəzi mənbələrdə Canon 650D-nin bu proqrami dəstəklədiyi, bəzilərində isə dəstəkləmədiyi qeyd olunur. Sizcə 650D bu proqrami dəstəkləyirmi? Dəstəkləyirsə əgər, yazilandan sonra hər hansı bir problem yaşana bilərmi?
Cavab: Proqram haqda nəsə yazmamışdan əvvəl onu qeyd etmək istəyirəm ki, mən şəxsən bu proqramdan istifadə etməmişəm və ümumiyyətlə kameranın istehsalçı tərəfindən hazırlanmış proqramının (firmware) hər hansı başqa bir proqramla əvəz edilməsinin tərəfdarı deyiləm. İstənilən halda istehsalçının proqramını digər proqramla əvəz etdiyinizdə kameranın stabil işləməməsi və problem yaranma riskini nəzərə almalısınız.

Buna baxmayaraq "Magic Lantern" proqramı haqda az da olsa, məlumatı diqqətinizə çatdırıram. Magic Lantern proqramı kameranın SD / CF kartına yazılır və Canon kameralarında istehsalçının proqramını əvəz etməklə EOS kameralarına bir sıra yeni funksiya əlavə edir. Bu proqramı internetdən pulsuz endirmək mümkündür. Proqram foto funksiyalarından daha çox video funksiyalarına görə maraq doğurur və videoqraflar arasında daha çox tanınır. "Magic Lantern"-in internet səhifəsində olan məlumata görə proqram 5Dc, 5D2, 5D3, 6D, 7D, 40D, 50D, 60D, 500D (T1i), 550D (T2i), 600D (T3i), 650D (T4i), 700D (T5i), 1100D (T3), EOS M, 100D (SL1) kameralarını dəstəkləyir. Lakin həmin saytın "download" səhifəsində stabil versiyaların siyahısında 650D-nin adı yoxdur. Çox güman ki, sizin kamera üçün proqram versiyası hələ beta test mərhələsindədir. Daha dəqiq məlumatı proqramın saytından əldə etmək olar.  

Proqramı kameraya yazdıqda problemlər sözsüz ki, yarana bilər. İnternetdə rastalşdığım problemlərdən kameranın qızması, tez-tez baş verən kamera sistem səhfləri (kamera error) və s. göstərmək olar. Proqramın istehsalçısı da onun kamera üçün problem yaratma ehtimalını təsdiqləyir. 


2 comments: