"1001 Sual"-ın 1 ayı tamam oldu!

Hər kəsə salamlar!

İlk öncə 1001 Suala ola maraq və dəstəyə görə bütün oxuculara minnətdarlığımı bildirmək istəyirəm! Bugün saytın istifadəyə verilməsinin 1 ayı tamam olur. Bir ay bundan əvvəl - Mart ayının 20-də saytı istifadəyə verdikdə ona bu qədər marağın olacağını təsəvvür etmək çətin idi. Lakin və bu qısa müddətdə ümumi ziyarətçilərin sayının 5000-i keçməsi saytın istifadəçilər üçün maraqlı və faydalı olmasına işarədir.


Saytın daha səmərəli olması üçün bir sıra əlavə və yeniliklər nəzərdə tutulub. Yeni mövzular barədə daima məlumatlı olmaq üçün saytın sağ tərəfindəki "Abunə ol" bölməsinə e-poçt ünvanınızı qeyd etməklə bütün yeni mövzuları e-poçtunuza ala bilərsiniz. 


Yaxın zamanda daha bir yeniliyi diqqətinizə təqdim edəcəyəm. Sayta göndərilən sualları xüsusi qonaq kimi dəvət edilmiş Azərbaycanın təcrübəli və tanınmış fotoqrafları video çarx vasitəsilə cavablandıracaq.   

Fotoqrafiyaya aid suallarınızı bizə göndərin. Sual göndərdikdə fikrinizi dəqiq və ətraflı yazmağınınz xahiş olunur. Təkrarlara yol verilməməməsi məqsədilə əvvəlcədən saytdakı "axtarış" sistemində sizin sualın və ya ona oxşar mövzunun olub-olmamasını yoxlaya bilərsiniz. Suallarınızı həm də twitter vasitəsilə #1001Sual haştaqı ilə sayta göndərə bilərsiniz.

Saytı daha maraqlı və zəngin bir resursa çevirmək üçün oxuyucuların daima dəstəyinə və rəyinə ehtiyac var. Bununla əlaqədar bütün ziyarətçiləri oxuduqları mövzuların faydalı olub olmaması barədə və mövzu və ya sayt ilə əlaqədar hər hansı şərh və təkliflərini mövzuların altındakı şərhlər bölməsində daha aktiv paylaşmağa çağırıram. 

Sual verməyə çəkinməyin! 

Hörmətlə,
Rüfət


2 comments:

  1. Tebrik edirem, en sevdiyim saytlardandi , ugurlar arzulayiram

    ReplyDelete