Sayta dəstək olmaq istəyənlərin nəzərinə!

Saytımız 1 ildən artıq müddətdir ki, fəaliyyət göstərir. Ümid edirəm ki, bu müddət ərzində saytın fəaliyyəti çoxlarınız üçün faydalı olub. Saytı başlamaqda mənim əsas məqsədim, təmənnasız olaraq Azərbaycan dilində fotoqrafiyaya aid mümkün qədər zəngin bir resurs yaratmaq olub. Layihə tam qüvvəsi ilə davam etməkdədir və yaxın gələcəkdə daha maraqlı və fərqli formatda suallarınızı cavablandırmağa davam edəcəyəm. Lakin, həyatın öz qanunları var və sayt böyüdükcə daha çox vaxt və resurs tələb edir. Saytın sizin dəstəyinizə ehtiyacı var.

Yuxarıda deyilənləri nəzərə alaraq, uzun sürən "götür-qoy"dan sonra sayta "Donate" düyməsini əlavə etmək qərarına gəldim. Sayt əvvəlki qaydada təmənnasız olaraq fəaliyyətini davam etdirəcək, lakin kiçik ianələr də qəbul etməyə başlayacaq. Əgər sayt sizə faydalıdırsa, onun işini müsbət dəyərləndirirsinizsə və maddi yardım etmək niyyətiniz varsa, "donate" düyməsi (PayPal) vasitəsilə ürəyinizdən keçən istənilən məbləği ianə edə bilərsiniz.


No comments:

Şərh yaz