Sayt Sizə nə qədər faydalıdır?

Artıq bir neçə aydır ki, 1001 Sual fəaliyyətini davam etdirir və fotoqrafiya sənətinə marağı olan hər kəsin suallarına mütəmadi cavab verir. Saytda yazılan mövzulara oxucuların münasibəti və ümumilikdə saytın işi barəsində fikirlərinizi öyrənmək mənim üçün çox maraqlıdır. Hər bir müəllif öz saytının oxucular tərəfindən necə qarşılandığını həmin saytda onların qoyduğu rəy və şərhlər vasitəsilə oyrənir. Saytda və ya bloqda şərhlər kifayət qədər olmadıqda müəllifin gördüyü işin faydalı olub-olmaması barədə ətraflı məlumat almaq imkanı məhdudlaşır. Bu səbəbdən də oxucularla əks əlaqənin qurulması mənim üçün çox vacibdir.


Saytdakı şərhlərin və müzakirələrin az olması səbələri, eləcə saytın oxuculara nə qədər faydalı olması məni çox düşündürür. İlkin araşdırma nəticəsində onu deyə bilərəm ki, oxücülar tərəfdən şərh, rəy və müzakirələrin olmamasının bir neçə səbəbi ola bilər.

Səbəb 1. Saytın oxucusu yoxdur. Bu ən qorxulu səbəb olsa da əslində belə deyir. Saytın istifadəyə verildiyi müddətdən bugünə kimi saytı ziyarət edənlərin sayı oxucunun kifayət qədər olduğunu göstərir. 

Səbəb 2. Saytda yazılan mövzular oxucular üçün maraqlı deyil. Mövzuların maraqlı olub-olmaması barədə yalnız oxucuların şərhləri və onların sayt haqqında yazdıqlarından öyrənmək mümkündür. Saytın statistikasına görə hər bir oxucunun saytda keçirdiyi vaxt  orta göstəricidən yüksəkdir, deməli ziyarətçilər saytda kifayət qədər qalıb mövzuları oxuyur. 

Səbəb 3. Saytda şərh yazmaq texniki səbəblərdən çətindir və ya mümkün deyil. Sayt texniki cəhətdən çox sadə bə intuitiv hazırlandığından və standart şərh yazma sistemi olduğundan bu da əsas səbəb kimi o qədər də inandırıcı gəlmir. 

Bəs onda saytdakı şərhlərin və müzakirələrin, eləcə də ümumi aktivliyin aşağı olmasının səbəbi nədir? 1001 Sualın oxucular üçün faydalı olub-olmmasını necə öyrənmək olar? Saytı daha maraqlı etmək üçün nə lazımdır? 

Fikirlərinizi bölüşməyə və sual verməyə çəkinməyin!

Hörmətlə,

Rüfət


No comments:

Şərh yaz