Sual #39

Rafiq
Sual: AF Nikkor 50mm f/1.8D ilə f/1.4D arasında çox fərq var? Varsa nələrdir və hansını almağı məsləhət görürsüz?
Cavab: Dediyiniz obyektivlər arasında maksimal diafraqmanı çıxmaq şərtilə, texniki cəhətdən qalan amillərdə o qədər də ciddi fərq yoxdur. Təcrübəsi az olanlar üçün f/1.4 ilə işləmk bir az çətin ola bilər, çünki tam açıq diafraqmada kəskinlik dərinliyi az olduğu üçün fokusdan yayınma hallarının daha çox olma ehtimalı var. Təcrübəli fotoqraflar üçün bu problem deyil.

Bundan əlavə, hər iki obyektivi tam sensorlu (full frame) kameralarla tam açıq diafraqmada işlədildikdə kadrın mərkəzinə nisbətən kənarları boyu qaralma (vignette) və kəskinliyin azalması müşahidə edilir. Bu f/1.8-də f/1.4-ə nisbətən daha azdır. Optimal diafraqmalarda hər iki obyektivin kəskinliyi əladır. Boke f/1.4-də daha incə və gözəldir. Model olaraq f/1.8-in istehsal tarixi daha yenidir. İşıq az olan məkanlarda daha çox istifadə edəcəksinizsə, f/1.4-ə üstünlük vermək olar.

"Hansı obyektivi və ya kameranı məsləhət görürsünüz" sualı mənə tez-tez verilən suallardandır. Bu suala mən hər dəfə də eyni cavab verməli oluram, çünki seçim mənim yox, həmin avadanlıqdan istifadə edəcək fotoqrafın olmalıdır. Hər bir obyektivin müəyyən standart tekniki göstəriciləri var. Bir obyektivin digərindən fərqini bu göstəricilər müəyyən edir. Bundan əlavə bu və ya digər obyektivə üstünlük verməzdən əvvəl texniki göstəricilərlə bərabər şəxsi imkan və istəkləri də nəzərə almaq lazımdır. Bu isə hər bir fotoqrafın şəxsi seçimidir və onun iş üslubuna, nə çəkəcəyinə və hansı nəticəni əldə etmək istəyindən asılı olaraq dəyişir. Məni qane edən obyektiv və ya kamera hər hansı bir səbəbdən başqa bir fotoqrafın işinə yarımaya və xoşuna gəlməyə bilər və ya əksinə. Mən sadəcə olaraq hər hansı bir kamera və ya obyektiv barədə texniki çəhətdən mənə məlum olan zəyif və üstün cəhətlərini deyə bilərəm, lakin son qərar yenə də həmin avadanlıqdan istifadə edəcək fotoqraf tərəfindən verilməlidir. 


No comments:

Şərh yaz