Sual #32

Rüfət 
Sual: Salam. Nikon d90-a hansı obyektivi məsləhət görərdiniz?
Cavab: Bu dəqiq cavabı olmayan suallardan biridir. Yeni obyektiv almaq məsələsində hər şey sizin onu nə çəkmək üçün istifadə edəcəyinizdən və üslubunuzdan asılıdır. Hər hansı bir istehsalçının hansısa tək bir "super" obyektivi yoxdur. Sizin sualı on fəqli fotoqrafdan soruşsaq, çox güman ki, on fərqli cavab alacağıq və onların hamısı da demək olar ki, doğru cavab olacaq. 

Əgər sualınınz "portret üçün hansı obyektivi məsləhət görərdiniz" olsaydı, onda 85mm 1.4 və ya 105 f2 obyektivlərini qeyd edərdim. Genişbucaqlı obyektivlərdən 35mm, zoomlardan isə 24-70 2.8 məsləhət görərdim. 

Mən sizə Nikon 24mm (genişbucaqlı) obyektiv ilə çəkilmiş gözəl portretləri və ya zum obyektivlə çəkilən mənzərə fotolarını da göstərə bilərəm. İstənilən halda fotoqrafın hansı obyektivi seçməsi onun üslubu və işlədiyi janrla əlaqəlidir, çünki fotonu obyektiv və ya kamera deyil, fotoqraf çəkir. Avadanlıq sadəcə onun işini daha da asanlaşdırır və təkmilləşdirir. Yaxşı fotoraf zəif kamera və ya obyektivlə də yaxşı fotolar çəkə bilər. Zəif fotoqraf isə, ən bahalı obyektiv və kamera ilə də sadə məişət kameralarının çəkdiyi şəkildən heç də fərqlənməyən bir foto çəkəcək.  


No comments:

Şərh yaz