Sual #25

Elçin Məmmədov
Sual: Fotoları emal etmək üçün hansı proqramdan istifadə etmək daha yaxşıdır Lightroom, yoxsa Photoshop?
Cavab: Hər iki proqram fotoları emal etmək üçün uyğundur. Fərq sizin fotonu nə dərəcədə emal etmək istədiyinizdən asılıdır. Fotonun rəng, kontrast, kəskinlik və s. baxımından emalı üçün Lightroom tam uyğun gəlir. Bu proqram fotoqrafların işlərini tam olaraq görməsi, işin həcminin yüngülləşdirilməsi üçün hazırlanıb və üstünlükləri çoxdur. 

Öz təcrübəmdən deyə bilərəm ki, fotoların emalı zamanı mənə lazım olan işin 90%-95%-i Lightroomda görürəm. Amma, fotoda hansısa cisim və ya obyekti silmək, fonu dəyişmək və ya qatlarla (layers) işləmək lazım olduqda Photoshopa müraciət etmək ehtiyacı yaranır. Bu funksiyalardan bəziləri Lightroomda heç yoxdur və ya məhduddur.  


3 comments:

  1. bes lightroom prooqramini canon 650d-ye yazmaq olurmu?

    ReplyDelete
    Replies
    1. Lightroom kompüter yazılmaq üçün nəzərdə tutulub. Onu kameraya yazmaq mümkün deyil.

      Delete
    2. Bagislayın , men biraz qarisdirdim, nezerde tutdugum proqram Magic Lantern proqramidir.Bu proqram haqda biraz melumat vermeniyinizi rica edirem ve bezi menbelerde 650D nin bu proqrami desteklediyi bezilerinde ise desteklemediyi qeyd olunur.Sizce 650D bu proqrami destekleyirmi? destekleyirse eger, yazilandan sonra her hansi bir problem yasana bilermi?

      Delete