Sual #21

Namiq Quliyev
Sual: Obyektivin fokus məsafəsi nə deməkdir. Bu haqda məlumat verərdiniz.
Cavab: Obyektivin Fokus Məsafəsi (Focal Distance) - fokusu sonsuzluğa yönəldilmiş obyektivin linzasının optik mərkəzi ilə kameranın sensoru arasında olan məsafədir. Bu məsafə millimetrlə ölçülür və hər bir obyektivin üzərində qeyd olunur. Hər bir obyektivin görmə bucağı onun fokus məsafəsi ilə mütənasibdir.

Fokus məsafəsi (mm) nə qədər azdırsa, görmə bucağı da bir o qədər geniş olur. Başqa sözlə desək, fokus məsafəsi 18mm olan obyektivdə eyni məsafədən görmə bucağı fokus məsafəsi 200mm olan obyektivə nisbətən daha genişdir.  



No comments:

Şərh yaz