Sual #22

Fuad Hüseynov
Sual: Salam. Məndə A mount Minolta Sigma 24mm Super Wide II obyektivi var. Bu obyektivi "A mount" adapter alsam Canon kamerasına bağlaya biləcəyəm?
Cavab: Obyektivi kameraya bağlayam mexanizm bayonet adlanır. Müasir kameralarda bu mexanizm həm də üzərindəki elektrik kontaktlar vasitəsilə obyektivin mikroprosessorları ilə kamera arasında əlaqə yaradır. Hər bir kamera və obyektiv istehsalçısının bağlanma mexanizmi, yəni bayoneti, digərindən fərqlənir. Məsələn Canon obyektivini Nikon kamerasına və ya əksinə birbaşa bağlamaq mümkün deyil. Bağlanma mexanizmlərindən əsasları bunlardır: F (Nikon), K (Pentax), EF (Canon), EF-S (Canon), A (Sony, Minolta), E (Sony NEX), NX (Samsung) və s.

Buna baxmayaraq bir sıra obyektivləri fərqli kamera gövdələrinə bağlamaq üçün xüsusi vasitədən - adapterdən istifadə edilir. Bu adapterlərin obyektivə bağlanan hissəsi həmin obyektivin bayoneti ilə, kameranın gövdəsinə bağlanan hissəsi isə kameranın bayoneti ilə eyni olmalıdır. Canon kameralarında bayonet iki cürdür - EF və EF-S. "Full frame" kameralarında EF, APS-C sensorlu kameralarda (Krop) isə EF-S bayoneti istifadə olunur. Siniz obyektivin bayoneti A (minolta) olduğu üçün onu A bayoneti olan adapterlə (A mount) Canon kamerasına bağlamaq mümkün deyil. Bunun üçün sizə A-dan (Minoltadan)  EF və ya EF-S-ə (Canona) keçidi olan adapter lazım olacaq.

8 comments:

  1. Cox saqolun AF-EOS Uygun gelecek?

    ReplyDelete
    Replies
    1. A-dan (Minoltadan) EF və ya EF-S-ə (Canona) keçidi olan adapter lazım olacaq.

      Delete
  2. Bir zehmet bu linke baxinda http://m.ebay.com/itm?itemId=190792826499

    ReplyDelete
    Replies
    1. Xeyr, bu Sony üçündür.

      Delete
  3. Bes men bunu hardan tapa bilerem??

    ReplyDelete
    Replies
    1. İnternetdə baxın, ya da Facebookda Photo Market (AZ) qrupunda soruşa bilərsiniz

      Delete
  4. Men buna sef adapter gedizdirmiwdim MD -eos mount...tezedir korpkadadi...bunu kime sata bilerem...yaniki bele weyleri alan var ??

    ReplyDelete
    Replies
    1. Ən rahatı Facebook-da elan verməkdir. Orada yazın bəlkə maraqlanan oldu

      Delete