Sual #9

Elmir
Sual: Konseptual fotoqrafiya nədir? Bu janrdır yoxsa stil? Mümkünsə ətraflı izah edərdiniz. Təşəkkürlər.
Cavab: Konseptual fotoqrafiya - konseptual incəsənətin bir hissəsi olmaqla yanaşı, fotoqrafiyanın bir istiqaməti, janrı kimi qəbul edilir. Konseptual fotoqrafiyada fotoqraf  sosial, siyasi, emosianal mövzuya aid hər hansı bir ideya və ya konsepti fotoqrafiya vasitəsilə ifadə edir. Burada müəyyən dərəcədə abstraksiya mövcüddür və bu səbəbdən də şəkil ideyanın sadə tərənnümü deyil, anlayışın ümumi ifadəsidir. Konseptual fotoqrafiya ilə məşğul olan hər bir fotoqrafın öz uslubu və dəsti-xətti var. Bəziləri istədikləri nəticəni birbaşa kamerada əldə edir, digərləri isə çəkdikləri fotoları sonradan hər hansı bir qrafik redaktorda düşündükləri ideya səviyyəsinə çatdırır.

Kompozisiya baxımında konseptual fotoqrafiyada iki əsas istiqamət mövcuddur. Birincidə müəllif daha çox minimalistik üsluba, ikincidə isə əksinə, daha mürəkkəb kompozisiyaya üstünlük verir. Minimalistik kompozisiya tamaşaçının diqqətini bir fikir və ya mövzuya yönəldir. Bu adətən saya fon üzərində tək bir obyektdən ibarət kompoziya olur. Mürəkkəb kompozisiyaya üstünlük verənlər fotoda bir neçə obyekt yerləşdirməklə onları ayrı-ayrılıqda və bir yerdə vahid bir ideyanı ifadə etmək üçün istifadə edirlər.

 © Victoria Ivanova
© Dave Engledow



No comments:

Şərh yaz