Sual #8

Cavad Cəbrayılov
Sual: Nəyə görə EOS 24-105 Canonun lüks obyektivləri arasında ən ucuz lenslərdən biridir? EOS 24-70 ondan nəyə görə çox böyük qiymət fərqilə seçilir? Mənə lüks seriyasından həm çöldə həm də qapalı məkanda çəkmək üçün hansını məsləhət görürsünüz?
Cavab: Hər bir obyektivin qiymətini tərkibindəki linzalarının sayı, onların optik keyfiyyəti, işıqötürmə gücü, hava şəraitinə davamlı olması və digər faktorlar (məs. stabilizatorun olub-olmaması) müəyyən edir. Dediyiniz hər iki obyektivin xüsusiyyətləri bir-binə yaxındır amma əsas fərq 24-70-in işıqötürmə gücünun daha çox olmasıdır. 24-105 f/4 olduğu halda 24-70 f/2.8-dir ki, bu da həmin obyektivin qiymətinin daha da baha olmasının əsas səbələrindən biridir. Şəklin keyfiyyətinə gəldikdə hər iki obyektiv arasında ciddi fərq yoxdur, amma kəskinlik dərinliyi baxımından (DOF) 24-70-də ön plan ilə arxa plan arasında fokus fərqi daha böyükdür.

Obyektiv seçimində hansı məkanda çəkəcəyinizdən daha çox hansı janrda (məs. portret, mənzərə, idman və s.) çəkəcəyiniz vacibdir. Obyektivin zum və ya sabit (fix) olmasını da nəzərə almaq lazımdır. Canon L seriya obyektivlərinin (genişbucaqlı  sabit EF 24mm f/1.4L II və ya EF 35mm f/1.4L, standart obyektivlərdən EF 50mm f/1.2L, telefoto obyektivlərdən EF 85mm f/1.2L, zum obyektivlərdən EF 24-70mm f/2.8L II və ya EF 24-105mm f/4L, EF 70-200mm f/2.8) hansı janr üçün istifadə olunacağından asılı olaraq hər birinin öz yeri var. Əgər mümkün qədər universlal bir obyektiv istəyirsinizsə budcənizə uyğun olaraq EF 24-70mm f/2.8L II və ya EF 24-105mm f/4L ala bilərsiniz. Bu obyektivlər həm genişbucaqlı həm də telefoto olduğundan bütün janrlar üçün əlverişli ola bilər. 


No comments:

Şərh yaz