Sual #15

Kənan
Sual: Zəhmət olmasa çətir və softboks arasındakı fərqləri izah edərdiniz. Yeni başlayanlar üçün hansı daha məsləhətlidir?
Cavab: Fotoqrafın təçrübəsi nöqteyi-nəzərindən hər iki işıq modifikatoru - çətir (umbrella) və softboks (softbox) arasında ciddi fərq yoxdur, yəni ikisi də eyni dərəcədə lazımlıdır. Lakin onların verdiyi işığın xüsusiyyətində fərq mövcuddur. İstər yeni başlayan, istərsə də kifayət qədər tərcübəsi olan fotoqraf bu xüsusiyyətləri bilməklə qarşılarına qoyduqları məqsədə asanlıqla nail ola bilər. 

Bu modifikatorlar arasındakı fərq onlardan əks olunan işığın istiqamətindədir. Daha istiqamətli və bir qədər dar işıq istəyirsinizsə softboksdan, daha geniş sahəni əhatə edən işıq istəyirsinizsə çətirdən istifadə edə bilərsiniz. Qiymət baxımından çətir sofboksa nisbətən daha ucuzdur. Yadda saxlamaq lazımdır ki, hansı modifikatordan istifadə etməyinizdən asılı olmayaraq işıq mənbəyi çəkiliş obyektinə nə qədər yaxındırsa, düşən işıq bir o qədər yumşaq, nə qədər uzaqdırsa, düşən işıq bir o qədər sərt olacaq.

  

No comments:

Şərh yaz