Sual #14

Ceyhun 
Sual: Salam. Tamron obyektivlərindən istifadə məsləhətdirmi? 24-70 f2.8 yoxsa 17-50 2.8? 
Cavab: Nə üçün istifadə ediləcəyi barədə aydın təsəvvür olmadan heç bir obyektiv almaq lazım deyil. İstənilən obyektivi almazdan əvvəl onu hansı məqsəd üçün (hansı janrda çəkəcəyiniz) istifadə edəcəyiniz barədə dəqiq anlayışın olması vacibdir. Tamron obyektivləri barədə ümumi rəy müsbətdir. Bu obyektivlərdə çatışmayan cəhətlərdən əsası isə avtofokusun ləng işləməsi və kadrın kənarlarının fokusdan kənar, yəni yayğın olmasıdır. Bundan başqa, bir çox Tamron obyektivlərində xromatik aberrasiyalar nəzərə çarpacaq dərəcədə hiss olunur. Buna baxmayaraq bəzi son modellərdə istehsalçının bildirdiyinə görə bu problemlər aradan qaldırılıb. İstənilən halda hər bir obyektivi almazdan qabaq onu yerində tam yoxlamaq lazıdır. Zum obyektivlərin əksəriyyətində vaxt keçdikcə həm kəskinlikdə həm də obyektivin gövdəsində problemlərin əmələ gəlmə ehtimalı böyükdür. Sabit obyektivlər bu baxımdan daha yaxşıdır. Nəticə etibarı ilə Tanron obyektivləri orta istehlakçı üçün nəzərdə tutulub.


No comments:

Şərh yaz