Sual #12

İlkin Orucoğlu
Sual: Zəhmət olmasa studiya işıqları və işıq sxemləri haqqında yazardinız.
Cavab: Studiyada işə başlayan hər bir fotoqraf, hansı avadanlıqla işləyəcəyinə özü qərar verir. Studiya işıqları prinsip etibarı ilə müxtəlif tipdə olur. İstifadə olunan avadanlıqdan asılı olaraq, studiya işıqları əsas iki kateqoriyaya bölünür - davamlı (continuous) və impuls (flash). Hər birinin müsbət və mənfi cəhətləri var.

Davamlı işıqda halogen, kvas, közərmə, fluorescent lamalarından istiafə edilir. Davamlı işıqların əsas üstünlükləri bunlarıdr: Maddi cəhətdən ucuz işıq mənbəyidir. Siz həmişə, hətta qarışıq işıqlandırma şəraitində belə, əvvəlcədən işıq və kölgənin hara düşdüyünü görür və ona nəzarət edə bilirsiniz. Həm foto, həm də video çəkilişlərində istifadə edilir. Amma davamlı işığın çatıçmayan cəhətləri daha çoxdur. Ən əsası, işıqla bərabər həmin lampaların verdiyi istilikdir. Minlərlə vatt istilik həm çəkilişi çətinləşdirir, həm də avadanlığa mənfi təsir göstərir. Yüksək istilik səbəbindən həssas çəkilişlər (gül , qida, zərif parçalar , və s.) üçün o qədər də yararlı deyil. Aksesuar (isıq modifikatorları) seçimi məhduddur. Pilləli tənzimləmənin olmaması əlavə çətinliklər yaradır. İsıqlar həddindən artıq qızdığına görə onları tez-tez söndürüb soyutmaq lazım olur. Bütün bu səbəblərdən əksər fotoqraflar impuls işıqlarına daha çox üstünlük verir.

İmpuls işıqlarının bu baxımdan üstünlükləri daha çoxdur. Onlar həm daha güclü, həm də istifadədə daha asandır. Şərti olaraq impuls işıqları iki növə - monoblok və generator sisteminə bölünür. Flaş lampa, idarəetmə bloku və bütün elektronika monoblokun üzərində yerləşir. Monobloklar üçün geniş çeşiddə aksesuar və işıq modifikatorları (soft boks, reflektor, çətir və s.) mövcuddur. Monoblokdan fərqli olaraq generator sistemində bütün idarə orqanları yerdə əlavə qoyulan blokun üzərində yerləşdirilir. Lampalar generatorun üzərindəki girişlərə bağlanır. Qiymət baxımından generator monoblokdan adətən daha baha olur.

İşıq sxemləri barədə onu deyə bilərəm ki, bu eksperiment və təcrübə yolu ilə əldə edilir. Amma hər zaman istifadə edilən bir neçə sadə sxemlər var. Ən sadəsi tək işıq mənbəyi ilə qurulan sxemdir.


Daha bir sadə sxem klassik sxemdir. Buna həm də Rembrandt işığı da deyilir. Belə adlandırılmasının əsas səbəbi Rembrandtın öz portretlərində bu növ işıqdan istifadə etməsidir. Bu sxemə xas olan əsas xüsusiyyət modelin yanağında işıq və kölgədən əmələ gələn kiçik üçbucağın olmasıdır.


Üçüncü sxem "Yüksək açar" (High Key) adlanır. Bu sxemlə çəkilmiş şəkillərdə açıq (ağ) tonlar üstünlük təşkil edir və kölgə demək olar ki, olmur.


Başqa bir sxem, "Yüksək açar"ın tam əksi - "Aşağı açar"dır (Low Key). Bu növ sxemdə həm fonda, həm də modelin geyimində qaranlıq tonlar daha çox olur. Bu sxemdən daha çox dramatizm əldə etmək məqsədi üçün istifadə olunur.


Son olaraq "Hollivud portreti" sxemini qeyd etmək istəyirəm. Adından da məlum olduğu kimi bu sxem ən çox Hollivudda portretlərin çəkilməsində istifadə edilir.




No comments:

Şərh yaz