Sual #11

Cavad Cəbrayılov
Sual: Sizcə HDR çəkəndə ekspozisiyanı kamerada dəyişmək (yəni -1, 0, +1) lazımdır, yoxsa çəkdikdən sonra photoshopda? Hansı daha çox effekt verər?
Cavab: Yüksək dinamik diapazon, yəni HDR (High Dynamic Range) metodu fotoların qaranlıq və işıqlı sahələrinin dinamik diapazonunu genişləndirmək üçün istifadə edilir. Kameraların dinamik diapazonu məhdud olduğundan fotodakı qaranlıq sahə kameranın "görmə" səddini keçdikdə tam qara, daha işıqlı hissələr isə tam ağ alınır. HDR metodu vasitəsilə kameranın "görmə" səddi genişləndirilir və kamera tam qara və tam ağ sahələrdə də detalları görə bilir. HDR bir kadrla deyil, eyni nöqtədən, amma fərqli elspozisiya ilə çəkilmiş üç və daha artıq kadrın sonradan qrafik redaktorda birləşdirilməsindən əmələ gəlir. Enyi kadrın fərqli ekspozisiya ilə çəkilməsi ekspozisiya breketinqi (exposure bracketing) adlanır. Bəzi müasir kameralarda ekspozisiya breketinqini 7 addıma qədər dəyişmək mümkündür. HDR üç kadrla çəkildiyi zaman 1 kadr düzgün ekspozisiya ilə, ikinci 1 stop az, üçüncü isə 1 stop artıq ekspozisiya ilə çəkilir. HDR çəkildiyi zaman kadrın dəyişməməsi və kameranın titrəməməsi üçün tripoddan istifadə etmək vacibdir. Çəkilmiş kadrlar sonradan qrafik redaktorda birləşdirilir. 

Tək bir kadrla HDR çəkmək mümkün deyil. Buna baxmayaraq bəzi qrafik redaktorlar RAW formatda çəkilmiş fotoların dinamik diapazonunu süni şəkildə artırmaq imkanına malikdir. Lakin, bu yolla əldə edilmiş HDR, keyfiyyət baxımından, ekspozisiya breketinqi ilə çəkilmiş bir neçə fotonun birləşdirilməsindən əldə edilmiş fotolardan istənilən halda geri qalır. Tam HDR effekti almaq üçün ekspo-breketinqi mütləq çəkiliş zamanı kamerada etmək lazımdır.  


No comments:

Şərh yaz