Sual #6

Romal Ağayev
Sual: Sualım Lightroomla bağlıdır. Hansı versiyani məsləhət görürsünüz və Nikon NEF fayllarını Lightroom avtomatik olaraq dəyişir, buna səbəb nə ola bilər və bunun həlli nədir? 
Cavab: Əvvəlki versiyada (ver. 4) olmayan bir sıra yeni funksiya və alətlər olduğundan sözsüz ki, Lightroom 5 daha məsləhətlidir. Yeni funksiyalardan perspektivin avtomatik düzəldilməsi, yeni Dairəvi Filter (Radial Filter) aləti, kitab modulunun (Book Module) təkmilləşdirilməsi, fotolar kompüterdən kənarda olduğu halda onların Lightroomda oflayn rejimdə emal etmək imkanı (Smart Preview), daha yaxşı Healing Brush aləti, emal zamanı fotoların üzərinə yönləndirici xətlərin (Guidelines) əlavə edilməsi, proqram tərəfindən .PNG
formatın dəstəklənməsi və s. göstərmək olar. Proqramın bugünə olan son versiyasını (30 günlük demo) Adobe saytından endirə bilərsiniz.

Sualın NEF fayllarla olan hissəsini tam başa düşmək mümkün olmadığından əlavə açıqlamaya ehtiyac var. "Lightroom NEF faylı avtomatik dəyişir" dedikdə nə nəzərdə tutursunuz? Şərhlər bölməsində sualı ərtaflı yaza bilsəniz, cavablandırmağa çalışaram. 

Əlavə: Yazılmış şərhdən sualın ikinci hissəsi də adydın oldu. Laytrooma import zamanı ekspozisiyanın avtomatik dəyişməsinin 2 səbəbi ola bilər. Birinci səbəb import pəncərəsində sağ tərəfdəki "Apply during import" bölməsində "Develop Settings" menyusunda hər hansısa presetin əvvəlcədən avtomatik olaraq seçilməsidir. Normalda həmin pəncərədə "None" seçilmiş olmalıdır. Hər hansısa presetin avtomatik tətbiq olunmasını yoxlamaq üçün "Develop" moda keçib sağ-aşağı küncdə "reset" düyməsini basın. Şəkildə dəyişiklik baş versə, deməli import zamanı avtomatik preset tətbiq olunub. Heç bir dəyişiklik baş verməsə, deməli problem yoxdur və ikinci səbəbi oxuya bilərsiniz.

İkinci səbəb birbaşa importla bağlıdır. İmport edilən zaman import dialoqunda görsənən fotolar kamera tərəfindən yaradılmış kiçik JPEG fayllardır. Onlar RAW və ya NEF fayllarının real  kiçik görünüşü deyil. Ona görə də import edildikdən dərhal sonra proqram "rendering" edir və real RAW və ya NEF fayylarının görünüşünü təqdim edir. Bu səbəbdən yanlış olaraq belə bir rəy yarana bilər ki, import dialoqundakı fotoların görünüşü ilə importdan sonrakı görünüş arasında fərq var. Əslində isə heç bir fərq yoxdur, yəni proqramda importdan sonra görünən fotolar kameradakı RAW və ya NEF fayllarla eynidir.


2 comments:

  1. "Lightroom NEF faylı avtomatik dəyişir" mən Nikon D7000 istifadə edirəm və çəkdiyim NEF fayllarını import etdikdən sonra developa keçən zaman faktiki şəkildə olan expozisiya texmini 2 stop aşağı düşür.

    ReplyDelete
    Replies
    1. Aydınlıq gətirdiyiniz üçün minnətdaram. Sualın ikinci hissəsinə cavab mövzuya əlavə edilib.

      Delete