Saytda Yeniliklər - Youtube Kanalımız

Hörmətli həvəskar və peşəkar fotoqraflar! Çoxlarınızın, xüsusən də yeni başlayan və həvəskar fotoqrafların maraqla izlədiyi "Fotoqrafiyaya aid 1001 sual" saytı yay tətili bitdikdən sonra, sentyabr ayından bəzi xırda yeniliklərlə işinə davam edəcək. Saytı oxucularımız üçün daha maraqlı etmək məqsədilə göndərdiyiniz suallara yazılı cavabla bərabər, həm də video formatda cavab veriləcək.

Beləliklə, "Fotoqrafiyaya aid 1001 sual" saytının rəsmi Youtube kanalı ilə tanış olun! Hal-hazırda kanalda material olmasa da, yaxın vaxtlarda verdiyiniz sualları öz qısa videolarımızda cavablandırıb sizə təqdim edəcəyik. Kanalımıza elə indidən abunə ola bilərsiniz!


Bildiyiniz kimi, "Fotoqrafiyaya aid 1001 sual" saytı Azərbaycan dilində fotoqrafiyaya aid "barmaqla sayılan" resurslardan biridir. Saytı mümkün qədər zəngin bir resursa çevirmək üçün siz oxucuların da aktiv olması vacibdir. Odir ki, fotoqrafiyaya aid sualınız vardırsa, sayta göndərin, cavab verək. 

Suallarınızı əvvəlki qaydada birbaşa saytdan və ya twitter vasitəsilə ‪#‎1001sual‬ haştaqı ilə də göndərə bilərsiniz.


No comments:

Şərh yaz