Sual #83

Aziz
Sual: Salam. Məndə belə bir problem yaranıb. Fotoları Lightroom-da işlədikdən sonra "Remove Photo" (REMOVE from disc) edib yeni fotolar əlavə edib davam edirəm işimə. Amma sonrada əvvəlki fotolarımı hansıları ki, edit etmişdim, onların originallarını tapa bilmirəm. Problem nədə ola bilər?
Cavab: Lightroomda fotoları emal etdikdən sonra onları silməyinizin səbəbini sözün düzü başa düşmədim. Proqramın əsas xüsusiyyəti və vacib funksiyalarından biri elə çəkdiyiniz fotoların saxlanılması, arxivləşdirilməsi və lazım gəldiyi an asanlıqla tapılması üçün nəzərdə tutulmuş kataloq (Catalogue) bölməsidir.
Sualdan belə başa anladım ki, siz proqramın kataloq modulunun funksiyasını  tam başa düşməmisiniz.

Nəzərə alın ki, "remove" seçildikdə fotolar proqramın kataloqundan silinir, lakin kompüterin diskində (yaddaşında) olduğu kimi (orijinal fayllar) qalır. "remove from disc" seçildikdə isə fotolar həm proqramın kataloqundan, həm də kompüterin diskindən (yaddaşından) birdəfəlik silinir. Orijinal fotoları tapa bilməməyinizin səbəbi "remove photo" menyusundan "remove from disc" variantını seçməyinizdir.


No comments:

Şərh yaz