Sual #82

Ali
Sual: "Full frame" kamerada ümumi "yürüş" nə qədər olur və onun çox olmasının kameraya mənfi təsiri varmı?
Cavab: Bu, saytda ən çox soruşulan suallardan biridir və hər zaman da mən sual verəni Sual #4 oxumağa göndərmək məcburiyyətində qalıram. Şatter (shutter) mexanizmi, kameranın sayğacının ümumi göstəricisi və "yürüşü" həmin mövzuda ətraflı əhatə edilib. 

Buna baxmayaraq əlavə olaraq bildirmək istərdim ki, peşəkar DSLR kameralar üçün  şatter mexanizminin ömrü təxmini olaraq istehsalçı tərəfindən 150000 müəyyənləşdirilib. İstehsalçıdan asılı olaraq bu rəqəm bir qədər fərqli ola bilər. 

"Yürüşün" bu göstəricidən çox olması o deməkdir ki, şatter düyməsi çox basılıb və həmin mexanizmin xarab olma ehtimalı yüksəkdir.


No comments:

Şərh yaz