Sual #81

Ayla
Sual: Salam. Küçə fotoqrafiyasına marağım coxdur. Amma nədənsə küçədə cəkdiyim bütün şəkillər boz rəngdə, eyni tonlu, sanki sönük olur. Şəkillərin canlı olması üçün nələr vacibdir? Məsləhətə ehtiyacım var. Fotoaparat Nikon D5200, obyektiv 18-105.
Cavab: Əgər düz başa düşmüşəmsə, sual şəkillərin məzmunu haqda deyil, məhz rəng çaları barədədir. Əvvəla onu deyim ki, əgər kamerada və obyektivdə heç bir texniki problem yoxdursa, onda bu məsələdə onların rolu o qədər də böyük deyil. 

Rənglərin solğun olmasının bir neçə səbəbi ola bilər və çəkilmiş fotonun nümunəsinə, kameranın kökləmələrinə, menyudakı digər parametrlərə və hətta istifadə etdiyiniz monitora baxmadan konkret nəsə demək mümkün deyil. 

Ən əsası, çəkiliş zamanı düzgün ekspozisiyanın təyin olunması və çəkilişdən sonra fotoların emalı nəzərə alınacaq vacib məqamlardandır. Səhv ekspozisiya şəkilin rənglərinə nəzərə çarpacaq dərəcədə (mənfi) təsir edir.  


No comments:

Şərh yaz