Sual #80

Emrah
Sual: Salam Aleyküm. Sizə vacib bir sualım var, zəhmət olmasa cavablandırardınız. Canon fotoaparatında "color space" bölməsində sRGB yoxsa Adobe RGB seçilməlidi? Həmçinin, photoshopda RAW da "workflow options" bolməsində də sRGB yoxsa Adobe RGB seçilməlidi? Adobe RGB ilə sRGBnin fərqi nədir?
Cavab: sRGB - HP və Microsoft tərəfindən təklif edilmiş rəng profilidir. sRGB demək olar ki, bütün monitorların qammasına uyğun olduğundan bu profil internetdə çap olunan şəkillər üçün standard bir rəng profili kimi qəbul edilib. 

Adobe RGB 1998 isə Adobe Systems, Inc. tərəfindən yaradılan və əsasən RGB istifadə edən CMYK printerləri üçün nəzərdə tutulan rəng profilidir. Bu profil sRGB-dən daha geniş rəng spektini əhatə edir, lakin bu üstünlüyü yalnız çap zamanı seçmək mümkündür. Kompyüterin monitorunda isə bu üstünlük nəyinki hiss olunmur, əksinə rənglər daha solğun görünür. Buna əsas səbəb monitorun bu spektrdəki əksər rəngləri göstərmək imkanının olmamasıdır. 

Yekunlaşdıraraq demək istəyirəm ki, əgər siz fotoları nəşriyyat üçün istifadə etməyəcəksinizsə, bu zaman sRGB ən optimal variantdır. sRGB həm internet həm də cap üçün uyğundur. CMYK printerləri üçün isə Adobe RGB 1998 məqsədəuyğundur. Bu prinsip həm kamera, həm də Photoshop üçün eynidir. Proqramda rəng profilləri barədə Sual #78 oxuya bilərsiniz. 


No comments:

Şərh yaz