Sual #78

Elchin Xelilov 
Sual: Adobe Photoshop CS3-də şəkilləri açanda "the document has an embedded color profile that does not match the current RGB working space" xəbərdarlığı çıxır. Bu sorğunu ləğv etmək olarmı?
Cavab: Bu proqramın rəng profilləri (color profile) ilə bağlı olan məsələdir. Problemin mahiyyəti ondan ibarətdir ki, açmaq istədiyiniz şəklin rəng profili proqrmın rəng profili ilə uyğun gəlmir.


Əgər nə etmək lazım olduğuna əmin deyilsinizsə, onda ən münasib variant olaraq 1-ci variantı seçməyiniz (use the embedded profile instead of the working space) daha məqsədəuyğundur. Bu zaman proqram şəklin öz rəng profilindən istifadə edəcək.

Rəngin idarəolunması məsələsi ilə daha dərindən maraqlanırsanızsa, onda məsələyə bir az ətraflı baxaq. Bunun üçün Edit > Color Settings menyusunu açmaq və məlumatları tutuşdurmaq lazımdır. 


Aşağıdakı şəkildə proqramda Şimali Amerika üçün standart profil seçilib. Bunu olduğu kimi saxlaya və ya avropa üçün "Europe General Purpose 3" profilinə də dəyişə bilərsiniz. Beləliklə biz proqrama profillər uyğun gəlməyəndə şəkli həmişə sRGB profilindən istifadə etməklə açmasını deyirik.


Profillər uyğun gəlmədikdə proqram avtomatik olaraq seçdiyiniz profildə deyil, nə etmək lazım olduğunu hər dəfə soruşmasını istəyirsinizsə, onda aşağıda göstərilən sahələri işarələməlisiniz. Bu zaman profillərdə fərq olduqda proqram hər zaman xəbərdarlıq edəcək və sizdən nə etmək lazım olduğunu soruşacaq.


Rəng profilləri mövzusu çox geniş və mürəkkəb mövzudur. Tək bu mövzuda bir sıra texniki kitablar və vəsaitlər mövcuddur. Ümid edirəm ki, sualınızı qismən də olsa cavablandırdım.


No comments:

Şərh yaz